14:08 - 31.01.2024
31 yanvar, Fineko/abc.az. Azərbaycanın yerli kibertəhlükəsizlik məhsulu xarici bazara çıxarılacaq.
ABC.AZ xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru Şahmar Hacıyahyayev bildirib.
O bildirib ki, bu kibertəhlükəsizlik məhsulu bir neçə qlobal məhsulun araşdırılması nəticəsində hazırlanıb: “Məhsul 8 aydır ki, inkişaf prosesindədir. Qeyd edim ki, artıq bu proqramla Azərbaycan qlobal dünyada yerli kiber məhsula sahibdir”.
“Sınaqlar bitdikdən sonra proqramın tətbiqinə başlanılacaq. Qeyd edim ki, növbəti həftədən 5 dövlət və özəl qurumda sınaq işlərinə başlanılacaq. Bu müddətdə bizə həm müsbət, həm də mənfi geridönüşlər ola bilər. Nəticələrdən asılı olaraq biz məhsulumuzu daha da təkmilləşdirəcəyik. Hətta ilin sonlarınadək bu məhsulun xarici ölkələrdə də satışını düşünürük”, – deyə Ş. Hacıyəhyayev vurğulayıb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026