16:19 - 30.01.2024
30 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, ABŞ-a viza almaq üçün müraciət edənlərin əksəriyyətinə imtina cavabı verilir.
ABC.AZ xəbər verir ki, maraqlıdır ki, ABŞ-la münasibətləri daha yaxşı olan Ermənistan və Gürcüstan vətəndaşları üçün viza imtinası faizi daha yüksəkdir – Gürcüstanda 49%, Ermənistanda 51% imtina cavabı alır.
Ermənistanın «ABŞ vizası» göstəricisi Türkmənistan səviyyəsindədir – 51%. MDB məkanında ən həvəssis ABŞ vizaları Tacikistan və Özbəkistanda verilir, burada imtina faizi müvafiq olaraq 54% və 56%-dir. Azərbaycanın yaxın qonşularına gəlincə, Amerika səfirliyinin ümumiyyətlə olmadığı İranda vətəndaşların viza müraciətilərinin cəmi 47%-i müsbət başa çatır, İran vətəndaşlarının 53%-nə imtina verilir. Qardaş Türkiyədə isə ABŞ vizası müraciətlərinə daha isti baxılır – 100 nəfərdən 80%-i müsbət cavab alır. Ümumilikdə dünya ölkələri arasında cəmi 2 ölkə ABŞ vizasını 1005 alır, bunlar Avropanın cırtdan ölkələri - Lixtenşteyn və Monakodır.
Digər ölkələr sırasında ABŞ vizasını ən yaxşı alanlar, ərəb ölkələri və ABŞ-ın yaxın müttəfiqləridir.
Belə ki, imtina faiz Qətərda cəmi 2,5%, Uruqvayda 3,2%, İsraildə 3,3%, Küveytdə 4%, BƏƏ-də 4,2%, Malayziya və Kiprdə 4,4%, Omanda 4,8%, Tayvanda 4,9%, Səudiyyə Ərəbistanında 5%, HonKonqda isə 5,5% təşkil edir. Bəzi ölkələr isə 2023-cü ildə ümumiyyətlə ABŞ vizası ala bilməyiblər. Mikroneziya, Şimali Koreya və Palau respublikalarına isə ümumiyyətlə ABŞ vizası verilmir, imtina səviyyəsi 100%-dir.
Afrika ölkələri də ABŞ vizasının çətinliklə verildiyi ərazilərdir. Afrika ölkələrindən viza üçün müraciət edənlərin orta hesabla 60%-70%-i, yəni hər 10 nəfərdən 6-7-si imtina cavabı alır
Məsələn imtina səviyyəsi Eritreyada 62%, Cibutidə 68%, Seneqalda 70%, Ruanda da 71%, Laosda 73% və Liberiyada 78% təşkil edir.
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026