14:19 - 29.01.2024
29 yanvar, Fineko/abc.az. Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə 2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumi dəyəri 459,9 milyon manat olan 3 276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit ayrılıb.
ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir qeyd edib ki, bu kreditlər hesabına 3 000-dən çox yeni iş yeri yaradılıb:
“Kreditlərin layihə sayı üzrə 99,8 %-i, məbləğ üzrə isə 91,1 %-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib”.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026