Yusif Ələkbərovun "Ekto" holdinqi bu sahəyə investisiya yatırır

10:46 - 29.01.2024


29 yanvar, Fineko/abc.az. Yusif Ələkbərovun "Ekto" holdinqi "Premio Kramb" şirkətini almağı planlaşdırır. Şirkət köhnəlmiş şinləri rezin qırıntılara emal edir.

ABC.AZ xəbər verir ki,"Premio Kramb" Leninqrad vilayətində qeydiyyata alınıb. 2022-ci ilin nəticələrinə görə gəlir 84 milyon rubl, xalis mənfəət təxminən 6 milyon rubl təşkil etmişdir.

Yusiuf Ələkbərov "Lukoyl" şirkətinin səhmdarı və neft şirkətinin keçmiş prezidenti Vahid Ələkbərovun oğludur. "Ekto" şirkətinə VPT, "Lukavto" avtodileri, "Plan B" energetik istehsalçısı, həmçinin "Velltech" kiçik neft servis şirkəti daxildir.