Ötən ay dövlət fondları hesabına verilən biznes kreditləri azalıb

16:45 - 25.01.2024


25 yanvar, Fineko/abc.az. 2023-cü ilin dekabr ayında Azərbaycanda dövlət fondları hesabına verilən biznes kreditləri azalıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sözügedən dövrdə 999.5 milyon manat biznes kreditləri verilib.

2022-ci ilin eyni ayında bu göstərici 1,052.2 milyon manat olub ki, bu da illik müqayisədə 5% azalma deməkdir. Əvvəlki ayda dövlət fondları hesabına 941.5 milyon manat biznes kreditləri verilib. (aylıq müqayisədə 6.2% artım)