15:04 - 25.01.2024
25 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, "Linkedin" şirkəti Avropada insanların daha çox maraq göstərilən peşələrlə bağlı araşdırma aparıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, tədqiqat nəticəsində ortaya maraqlı məlumatlar çıxıb. Məlum olub ki, Avropa ölkələri arasında ən sürətlə böyüyən süni intellekt, davamlılıq və kibertəhlükəsizlik mövqeləri artmaqdadır.
Ən çox tələb olunan vəzifələr arasında davamlılıq üzrə mütəxəssis, süni intellekt mühəndisi və kibertəhlükəsizlik analitiki var.
Araşdırmada qeyd edillib ki, Böyük Britaniyada ölkələr üzrə ən çox axtarılan beş vəzifə davamlılıq üzrə mütəxəssis, satış inkişafı üzrə nümayəndə, sığorta analitiki (risk səviyyəsini müəyyən etmək üçün fərdləri və müəssisələri qiymətləndirən), gəlir meneceri və profilaktik diş həkimidir.
Müəllif: Elmir Murad
30 İyul 2026