Bu provayderlərin uçotu ləğv edilib - Səbəb, adlar

14:16 - 25.01.2024


25 yanvar, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən “İzone” MMC, “Technonet” MMC və “Internet Service Provider” MMC-lər uçotun ləğv olunması üçün müraciət ediblər.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, müraciətlərdə uçotun ləğv edilmə səbəbi kimi şirkətlərin fəaliyyətinin dayandırılması göstərilib.

“İzone”, “Technonet” və “Internet Service Provider” MMC-lərin uçotunun ləğv edilməsi təmin edilib və ümumi uçot məlumatları müvafiq hissələrdə yenilənib.

Həmçinin internetin təkrar satışı xidmətini göstərən “Azintelnet” MMC-nin müraciəti əsasında onun uçota alınması həyata keçirilib. Bununla da uçota alınan operator və internet provayderlərinin sayı 153-ə çatıb.