11:07 - 25.01.2024
25 yanvar, Fineko/abc.az. Ötən il Azərbaycana poçtamatlar gətirilib.
ABC.AZ-ın məlumatına görə, Bunu “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev ötən ilin yekunlarına dair hesabatın təqdimatı zamanı deyib. Onun sözlərinə görə, hər kəs xaricdən gələn bağlaması haqqında sms ilə məlumat alıb 24 saat ərzində poçtamatdan məhsulunu götürə bilər.
O bildirib ki, qısa müddətdə bu poçtamatlar hipermarketlərdə də olacaq.