10:49 - 25.01.2024
25 yanvar, Fineko/abc.az. Son 7 ildə “Apple” şirkəti 21 süni intellekt startapı alıb – bu, “Microsoft” və ana şirkət olan “Google” tərəfindən əldə ediləndən təxminən iki dəfə çoxdur. Bu, Apple-ın məhsullarına Sİ tətbiq etməkdə uğur qazanmaq üçün ciddi niyyətlərindən xəbər verir.
ABC.AZ xəbər verir ki, 2017-ci ildən etibarən “Apple”, rəqib korporasiyalarından bir neçə dəfə çox Sİ startapı satın alıb.
Son 7 ildə “Apple” 21 startap, “Microsoft” 12, “Intel” 9, “Alphabet” isə 8 alıb. “Apple”ın son Sİ sahəsində alışı WaveOne startapı olmuşdu (2023-cü ilin əvvəlində).
18 Avqust 2026