10:18 - 25.01.2024
25 yanvar, Fineko/abc.az. Sumqayıt Texnologiyalar Parkının (STP) törəmə şirkətinə böyük həcmində maya qoyulub.
ABC.AZ-ın məlumatına görə, törəmə şirkət “STP Metal Structures” MMC-nin nizamnamə kapitalı 531 000 manat və ya 2.8 dəfə artırılıb.
Bununla da şirkətin kapitalı 295 000 manatdan 826 000 manata qaldırılıb.
Xatırladaq ki, “STP Metal Structures” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb.