Yaponiyanın Nikkei indeksi 34 ildə ilk dəfə 36,5 min bəndi ötüb

10:35 - 22.01.2024


22 yanvar, Fineko/abc.az. Bazar ertəsi Tokyo birjasındakı kotirovkalar açılışdan sonra artım nümayiş etdirib. Nikkei indeksi isə 1990-cı ilin fevralından etibarən ilk dəfə 36,5 min bənd həddini aşdı.

ABC.AZ xəbər verir ki, xüsusilə, Yaponiyanın 225 aparıcı şirkətinin səhm kotirovkalarının dinamikasını əks etdirən Nikkei indeksi açıldıqdan sonra 549,78 bənd artaraq 36 513,05 bəndə yüksəlib ki, bu da 1990-ci ilin fevralından etibarən ən yüksək göstəricidir.