16:59 - 17.01.2024
17 yanvar, Fineko/abc.az. Yanvarın 17-dən 18-nə keçən gecə ilk türk astronavtı Alper Gezeravcı Avropa Axiom-3 missiyasının tərkibində Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək.
ABC.AZ xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Nazirlər Kabinetinin iclasında videokonfrans rejimində Alper Gezeravcı ilə görüş keçirib. Ərdoğan "ilk pilotlu kosmik missiya"nın həm elm baxımından, həm də uşaqlar və gənclər üçün ilham mənbəyi kimi əhəmiyyətini vurğuladı. Prezident deyib: "Biz bu missiyanı davam etdirəcəyik. Biz həmişə yüksəkliyə doğru gedəcəyik".
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026