11:24 - 17.01.2024
17 yanvar, Fineko/abc.az. 2023-cü ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlara Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsinə başlanılıb.
ABC.AZ xəbər verir ki, bunu Sahibkarlığın İnkişafı Fondunun (SİF) 2023-cü il üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair mətbuat konfransında Fondun İdarə Heyətinin sədri Osman Xaliyev bildirib.
"Beləliklə, muxtar respublika ərazisində fəaliyyət göstərən 27 sahibkar ümumilikdə 2,2 milyon manat güzəştli kreditdən yararlanıb. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən 4 layihəyə güzəştli kredit ayrılıb. Bu layihələrə ayrılmış güzəştli kreditlərin ümumi məbləği 11,5 milyon manat olub. Ötən il verilmiş güzəştli kreditlərin layihə sayı üzrə 99,8%-i, kreditin məbləği üzrə isə 91,1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib" - deyə Osman Xaliyev qeyd edib.