Ötən il Sahibkarlığın İnkişafı Fondunun verdiyi kreditlər hesabına bu qədər iş yeri açılıb

11:15 - 17.01.2024


17 yanvar, Fineko/abc.az.  2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumi dəyəri 459,9 milyon manat olan 3276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit verilib.

ABC.AZ xəbər verir ki, bunu Sahibkarlığın İnkişafı Fondunun (SİF) 2023-cü il üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair mətbuat konfransında Fondun İdarə Heyətinin sədri Osman Xaliyev bildirib.

O qeyd edib ki, bu kreditlər hesabına 3000-dən çox yeni iş yerinin açılması imkanı yaranıb.

Verilmiş kreditlərin 46,4%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 43%-i sənaye məhsullarının istehsalı və emalı, 5,5-%-i xidmət sahələri, 4,5%-i turizmin inkişafı layihələrinə yönəldilib.

Güzəştli kreditlərin 72%-i regionların, 28%-i isə Bakı şəhəri və Abşeron iqtisadi rayonunun payına düşür.

Müəllif: Elmir Murad