15:28 - 16.01.2024
16 yanvar, Fineko/abc.az. 2023-cü il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya gəlirliliyi 7,1% təşkil edib ki, bu da Fondun yaranma tarixindən ən yüksək gəlirlilik göstəricisidir.
ABC.AZ xəbər verir ki, bu ARDNF-in 2023-cü ilin yekunlarına dair hesabatında qeyd edilib.
Bu dövrdə istiqraz və pul bazarı alətləri üzrə 3.1%, səhmlər üzrə 4.3% gəlirlilik, daşınmaz əmlak üzrə isə 0.3% zərər qeydə alınıb. Hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 56 069,68 mln. dollara çatıb
Xatırladaq ki, 2022-ci ildə investisiya portfeli 49 034 milyon dollar investisiya gəlirliliyi isə -5.2% olub.