“Lufthansa” 2024-cü ilin sonuna qədər işçilərin sayını 13 min nəfər artıracaq

12:17 - 16.01.2024


16 yanvar, Fineko/abc.az. “Deutsche Lufthansa AG” bu il işçi heyətini 13 min nəfər artırmaq niyyətindədir.

ABC.AZ xəbər verir ki, aviaşirkətin məlumatına görə, ştatın genişləndirilməsi pilotlara və stüardessalara, həmçinin İT işçilərinə və texniki işçilərə təsir edəcək.

2023-cü ildə şirkət 13 mindən çox insanı işə götürdü, indi işçi heyəti 95 mindən çoxdur.

“Lufthansa”nın səhm qiymətləri bazar ertəsi Frankfurt ticarətində 0,2% artmaqdadır. Son üç ayda Alman aviaşirkətinin kapitallaşması 5,1% artaraq 9 milyard avroya çatıb.