Biz mikrosahibkarları sıradan çıxarmışıq - Deputat

11:52 - 16.01.2024


16 yanvar, Fineko/abc.az. Biz mikrosahibkarları sıradan çıxarmışıq.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib.

Vahid Əhmədov bildirib ki, mütəmadi Vergi Xidməti ilə danışıqlar aparıb: “Biz ən azı birinci rübün sonunda mikrosahibkarlarla bağlı məsələyə baxmalıyıq. Mikrosahibkarları dəstəkləməliyik. Yeni Vergi Məcəlləsi qəbul edilməli, Büdcə Məcəlləsi hazırlanmalıdır”.

Komitə sədri Tahir Mirkişili mikrosahibkarlarla bağlı fikirlərə münasibət bildirib: “Orada bir problem var. Hüquqi şəxslərlə mikrosahibkarlıq subyektləri arasında mənfəətin ötürülməsi ilə bağlı problem var. Müəyyən zaman keçsin, təhlillər aparaq. təhlillərin nəticəsinə uyğun olaraq, qanunvericiliyə müəyyən dəyişikliyin edilməsi mümkün ola bilər. Mikrosahibkarlıq subyektləri ilə bağlı qanuna edilən dəyişikliyin məqsədi onlardan daha çox vergi yığılması deyil”.