Dağıstan maynerlərindən soyuq hava zamanı fermaları söndürməyi xahiş ediblər

18:29 - 15.01.2024


15 yanvar, Fineko/abc.az. “Dagenergo” şirkəti Dağıstan maynerlərindən və xüsusən də respublikanın paytaxtı Mahaçqaladan elektrik şəbəkəsini həddindən artıq yüklədikləri üçün mayninq fermalarını soyuq havalarda söndürmələrini xahiş edib.

ABC.AZ xəbər verir ki, “Dagenergo” məlumatında deyilir ki, əsasən Mahaçqalanın bir neçə mikrorayonunda “vəziyyət çətindir”.

Qısa müddət ərzində kəskin şəkildə artan şəbəkənin yükləmə dinamikasını təhlil edərək, “Dagenergo” qərara gəlib ki, yüklənmə məhz mayninq fermaları səbəb baş verib.