10:28 - 15.01.2024
15 yanvar, Fineko/abc.az. Antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə “Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb.
ABC.AZ xəbər verir ki, Dövlət Xidmətinə “Azərbaycan Dəmir Yolları” QSC-nin infrastrukturu vasitəsilə fəaliyyətini həyata keçirən bir neçə ekspeditor (özəl nəqliyyat) şirkətlərindən müraciətlər daxil olub. Müraciətlərdə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən həmin şirkətlərə qarşı haqsız rəqabətə və ayrı-seçkiliyə yol verildiyi, eləcə də bazar subyektləri ilə əməkdaşlıqdan əsassız olaraq imtina edildiyi bildirilib.
Daxil olan məlumatlar əsasında Dövlət Xidməti tərəfindən bu istiqamətdə antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyəti üzrə araşdırma aparılıb.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026