Ötən il TAP vasitəsilə ötürülən Azərbaycan qazının həcmi açıqlanıb

17:22 - 12.01.2024


12 yanvar, Fineko/abc.az. Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2023-cü ildə 11.5 milyard kubmetr qaz ötürülüb.

ABC.AZ xəbər verir ki, bu barədə TAP AG konsorsiumundan bildirilib.

Qeyd edilib ki, bunun 1.39 milyard kubmetri Bolqarıstana, 0.67 milyard kubmetri Yunanıstana və 9.37 milyard kubmetri İtaliyaya ötürülüb.

Kommersiya fəaliyyətinə başladığı dövrdən indiyədək bu kəmərlə ümumilikdə 31 milyard kubmetr qaz ötürülüb ki, bunun da 1.83 milyard kubmetri Bolqarıstana, 3.03 milyard kubmetri Yunanıstana və 25.9 milyard kubmetri İtaliyaya daşınıb.