11:12 - 12.01.2024
12 yanvar, Fineko/abc.az. Tokio Fond Birjası Asiyanın ən böyük birjası statusunu bərpa edib.
ABC.AZ xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadi qəzeti "Nikkei"də məqalə dərc olunub. Belə ki, Tokio Fond Birjası siyahıya alınmış səhmlərin ümumi qiymətinə görə Şanxay Fond Birjasını geridə qoyub.
Tokio bazarında təmsil olunan səhmlərin ümumi qiyməti yanvarın 11-nə təxminən 917 trilyon yen - 6,32 trilyon dollar təşkil edib. Bu, Tokio Birjasının tarixində ən yüksək səviyyədir.
Şanxay Fond Birjasında isə bütün səhmlərin ümumi qiyməti 6,27 trilyon dollar təşkil edib.
Eyni zamanda, "Nikkei"in məlumatına görə, Çinin Şanxay, Honq-Konq və Şençjen birjalarından ibarət birləşmiş fond bazarı Asiyada ən böyük bazar olaraq qalır.
Müəllif: Elmir Murad
10 Avqust 2026
10 Avqust 2026