10:33 - 11.01.2024
11 yanvar, Fineko/abc.az. Qazaxıstan hakimiyyəti bu il respublikada investorların işini asanlaşdırmaq üçün hazırlanmış milli rəqəmsal investisiya platformasını işə salmağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, məlumata görə, “milli rəqəmsal investisiya platforması investisiya layihələrinin hərtərəfli dəstəklənməsi üçün informasiya sisteminin yaradılmasını nəzərdə tutur”.
“Bunun bütün tərəflər - sahibkarlar, dövlət qurumlarının nümayəndələri, maliyyə institutları və kvazi-dövlət sektoru üçün eyni dərəcədə faydalı olacağı gözlənilir. Rəqəmsal platformanın funksionallığı bütün prosesləri, o cümlədən Qazaxıstan Respublikasında investorlara təqdim olunan dövlət xidmətlərini tam əhatə etməyə imkan verəcək”, - məlumatda belə deyilir.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026