Azərbaycan şirkəti Estoniyada özünə tərəfdaş axtarır

16:37 - 10.01.2024


10 yanvar, Fineko/abc.az. Azərbaycanın “Wasco Lab” MMC Estoniyada tullantıların ağıllı yolla idarə olunması sisteminin qurulması üçün bazar araşdırmalarına başlayıb.

ABC.AZ xəbər verir ki, bunu MMC-nin təsisçisi və direktoru, startapçı Tural Zəkəryazadə deyib.

Onun sözlərinə görə, şirkət öz təşəbbüsü ilə Estoniyanın Tallin şəhərində İoT cihazlar vasitəsilə tullantıların ağıllı yola idarə olunması sistemini tətbiq etməyə çalışır. “Wasco Lab” MMC bunun üçün Estoniyada tərəfdaş şirkət axtarır.