"Suzuki" Hindistanda avtomobil istehsalına 8 mlrd dollardan çox sərmayə yatırır

15:59 - 10.01.2024


10 yanvar, Fineko/abc.az. Yaponiyanın avtomobil istehsalçısı "Suzuki" Hindistanda istehsalını genişləndirmək üçün təxminən 8,1 milyard dollar sərmayə qoymağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin rəhbəri Tosihiro Suzuki bildirib.

"Biz Gujaratdakı ikinci zavodun tikintisinə 4,2 milyard dollar sərmayə yatırırıq. Zavod ildə 1 milyon avtomobil istehsal edəcək. Ştatda ümumi istehsal həcmi 2 milyona qədər artacaq", - deyə Suzuki, Vibrant Gujarat (Enerjili Gujarat) Sammitində çıxış edərkən bildirib.