15:16 - 10.01.2024
10 yanvar, Fineko/abc.az. Henley & Partners Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatlarına əsaslanan 2024-cü ilin birinci rübü üçün dünya pasport indeksinin nəticələrini təqdim edib.
ABC.AZ xəbər verir ki, şirkətin 19 illik müşahidələrində ilk dəfə olaraq altı ölkə rekord sayda vizasız səyahət imkanları ilə birinci yeri tutdu: bunlardan dördü Avropa Birliyi ölkələri – Almaniya, İtaliya, İspaniya və Fransa, iki Asiya ölkəsi – Sinqapur və Yaponiya qeyd olunub. Bu ölkələrin pasport sahibləri dünyanın 194 istiqamətinə (227-dən) vizasız səyahət edə bilərlər.
Ötən müddət ərzində Azərbaycan Keniya, BƏƏ və Səudiyyə Ərəbistanı ilə vizasız gediş haqqında sazişlər imzalayıb və 70-ci yerə yüksəlib. Azərbaycan pasportu dünyanın 72 ölkəsinə vizasız giriş imkanı verir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026