“Hyundai” dörd nəfərlik uçan taksi nümayiş etdirdi — 2028-ci ildə istismara verəcək

11:04 - 10.01.2024


10 yanvar, Fineko/abc.az. Cənubi Koreyanın “Hyundai Motor Group” sənaye konqlomeratı üçün elektrikli yüngül təyyarələrin işlənib hazırlanması prioritet sahələrindən biridir.

ABC.AZ xəbər verir ki, SES 2024 sərgisində “Supernal” törəmə şirkəti, ABŞ-da 2028-ci ildə işə başlamağı gözlədiyi S-A2 təyyarəsinin prototipini nümayiş etdirib.

Bu ilin ortalarına qədər “Supernal” ABŞ-da bu təyyarənin sertifikatlaşdırılması üçün müraciət edəcək və ilin sonuna qədər nümayiş uçuşları keçirməyə başlayacaq. Müvafiq icazələri aldıqdan sonra şirkət S-A2-dən istifadə edərək sərnişin və yük daşımaları üçün kommersiya fəaliyyətinə 2028-ci ildə başlayacaq.