Bağçaların yeməklə təchizatı tenderini “EL-OBA” QSC-yə verdilər - Şirkət 33 milyon manat aldı

16:44 - 9.01.2024


9 yanvar, Fineko/abc.az. Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “EL-OBA” QSC ilə 33 milyon manatlıq müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, müqavilədə 2024-cü il ərzində Bakı şəhərinin Binəqədi, Nərimanov, Nəsimi, Sabunçu, Xətai və Yasamal rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 32.872.633,71 AZN təşkil edir.