Cənubi Koreya parlamenti NASA-nın analoqunun yaradılması haqqında qanun layihəsini qəbul edib

16:21 - 9.01.2024


9 yanvar, Fineko/abc.az. Koreya Respublikasının parlamenti Koreya Aerokosmik İdarəsi adlı

ayrıca bir kosmik agentliyin yaradılması barədə qanun layihəsini qəbul edib.

ABC.AZ xəbər verir ki, məlumata görə, idarə NASA-nın (ABŞ Milli Aeronavtika və kosmos İdarəsi) Cənubi Koreyalı analoqu olacaq. İdarə, may və ya iyun ayında ölkənin cənubundakı Saçxon şəhərində açılacaq. Prezident Yong Seok-Yeol Hökuməti Koreya Respublikasını kosmik iqtisadiyyatda dünya liderləri sırasına çıxarmaq strategiyasına sadiqdir.