15:33 - 9.01.2024
9 yanvar, Fineko/abc.az. “Sony” şirkəti “Honda” ilə birgə yaradılmış Afeela elektromobilini təqdim edib. Las-Veqasdakı CES istehlakçı elektronikası sərgisi çərçivəsində keçirilən təqdimatda avtomobil gamepad vasitəsilə səhnəyə çıxarılıb.
ABC.AZ xəbər verir ki, əsas diqqət insanların səyahət rahatlığını və təhlükəsizliyini artıracaq elektron texnologiyalara yönəldilmişdir. Bildirilir ki, elektrokarda süni intellekt əsasında avtopilot işləyəcək. Seriyalı elektrikli avtomobilin buraxılış tarixləri açıqlanmır.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026