Yaxın günlərdə “Mazda” yeni CX-70 krossoverini təqdim edəcək

14:15 - 7.01.2024


7 yanvar, Fineko/abc.az. “Mazda” şirkəti, əsasən Şimali Amerika bazarı üçün nəzərdə tutulmuş ən yeni CX-70 krossoverinin təqdim ediləcəyi tarixi açıqlayıb.

ABC.AZ xəbər verir ki, məlumata görə, təqdimat yanvarın 30-da keçiriləcək. Gələcək krossoverin ilk görüntüsü də ortaya çıxdı.

Texniki hissədə CX70-in daha böyük SUV-un kiçik bir nüsxəsi olacağı və yalnız iki sıra kabin ilə satılacağı gözlənilir. Krossover 3,3 litrlik "altılıq"ın iki variantını və 2,5 litrlik mühərrikə əsaslanan hibridindən ibarət olacaq, tam ötürücülü standart avadanlığı ilə təchiz olunacaq.