13:56 - 30.12.2023
30 dekabr, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın iyul sayında, qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-noyabr ayında həyata keçirilən ixracla bağlı qeyri-dövlət (özəl) ixracatçısı subyektlərin reytinqi də yer alır.
ABC.AZ xəbər verir ki, qeyri-neft məhsullarının ilk 10 özəl ixracatçısı siyahısında fiziki şəxs Şirinov Elvin Valeh oğlu da yer alır.
Fiziki şəxs Şirinov Elvin Valeh oğlu 117.8 milyon dollarlıq ixracı ilə 2023-cü ilin yanvar-noyabr aylarında qeyri-neft sektoru üzrə özəl ixracatçı subyektlərin reytinqində 1-ci yeri tutub.
2022-ci ilin eyni dövründə isə ixracı 41.5 milyon dollar təşkil etmişdir ki, bu da illik müqayisədə ixracın 2.8 dəfə artması deməkdir.
Elvin Şirinovun pomidor ixracı ilə məşğul olduğu bildirilir.
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
5 Oktyabr 2026