Lavrov: Ermənistan Rusiya ilə ittifaqı Qərbin dumanlı vədlərinə dəyişməyə çalışır

10:14 - 28.12.2023


28 dekabr, Fineko/abc.az. Təəssüf ki, rəsmi Yerevan qərbin vədlərinə uyaraq xarici siyasət xəttini yenidən formatlaşdırmağa çalışır. Moskva ilə sınanmış müttəfiq bağını Qərbin hətta konkret köməyinə deyil, yalnız dumanlı vədlərə dəyişir.

ABC.AZ xəbər verir ki, bunu Rusiya XİN başçısı deyib.

“Qarabağın itirilməsi də daxil olmaqla, respublikanın bütün bəlalarında strateji dönüş kursuna haqq qazandırmaq üçün Rusiyanı günahlandırmağa çalışırlar. Biz dəfələrlə Rusiyanın qayğıları barədə açıq danışmışıq, indi Ermənistan hakimiyyətinin zidd addımlarını yenidən sadalamağın mənası yoxdur”, - Lavrov əlavə edib.

Həmçinin Rusiya XİN rəhbəri qeyd edib ki, Ermənistan Rusiya üçün Cənubi Qafqazda strateji tərəfdaş olaraq və qalır.