12:25 - 27.12.2023
27 dekabr, Fineko/abc.az. Müdafiə Sənayesi sahəsində Türkiyəyə ixrac lisenziyalarının verilməsi üçün uzun embarqo İsveç tərəfindən qaldırıldı və Türkiyə şirkətlərinin müraciətləri müsbət həll edildi.
ABC.AZ xəbər verir ki, məlumata görə, Türkiyə Komissiyasının NATO-ya üzv olmaq üçün İsveç müraciətini təsdiqləməsindən sonra "əlamətdar hadisə" baş verdi. Məlum olub ki, İsveç uzun embarqo prosesindən sonra Türkiyəyə Müdafiə Sənayesi sahəsində ixrac lisenziyaları verməyə başlayıb.
İsveçin Türkiyə şirkətlərinə müdafiə sənayesi sahəsində ixrac lisenziyalarının verilməsi üçün embarqo 2019-cu ilin oktyabrından qüvvədə idi.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026