Cənubi Koreya Rusiyaya daha 682 növ mal tədarükünü məhdudlaşdıracaq

11:09 - 26.12.2023


26 dekabr, Fineko/abc.az. Cənubi Koreya hökuməti Rusiya və Belarusa daha 682 növ mal, o cümlədən avtomobil tədarükünü qadağan edəcək.

ABC.AZ xəbər verir ki, Cənubi Koreyanın müvafiq hakimiyyət dəyişiklikləri İxrac Nəzarəti siyahısına daxil edildi, nəticədə siyahıya daha 1 159 növ mal əlavə olundu. Yeniliklər 2024-cü ilin əvvəlində qüvvəyə minəcək.

Qadağan olunan malların siyahısı:

•      ağır tikinti avadanlıqları,

•      qidalanan batareyalar,

•      aviasiya texnologiyası üçün komponentlər,

•      mühərrik həcmi iki litrdən çox olan avtomobillər.