Xarici ticarətdəki sövdələşmələrdə manatla əməliyyatların həcmi azalıb

10:34 - 26.12.2023


26 dekabr, Fineko/abc.az. Azərbaycanın xariclə ticarətdəki sövdələşmələrdə milli valyutada aparılan əməliyyatların həcmi 2023-cü ildə azalıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin ilk 11 ayında manat ilə 113 milyon 794.42 min dollar ekvivalentində ixrac və 2 milyon 783.15 min dollar ekvivalentində idxal əməliyyatları aparılıb.

2022-ci ilin eyni dövründə milli valyuta ilə 121 milyon 745.51 min dollar ekvivalentində ixrac və 36 milyon 437.57 min dollarlıq əməliyyat aparılmışdı.

İxracda manatla əməliyyatlar illik 6.5 faiz, idxalda isə 92.4 faiz azalıb.