11:11 - 25.12.2023
25 dekabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 14 244 milyon ədəd siqaret istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına isitinadən xəbər verir ki, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 2 203,2 milyon ədəd və ya 18,3% artıb.
Ötən ilin yanvar-noyabr aylarında 12 041,6 milyon ədəd siqaret istehsal edilmişdi.
Dekabr ayının 1-nə hazır məhsul ehtiyatı isə 751,9 milyon ədəd təşkil edib.
Hazır məhsul ehtiyatı 234,1 milyon ədəd yəni 45,2% artıb.
Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 517,8 milyon ədəd olub.
18 Avqust 2026