15:11 - 22.12.2023
22 dekabr, Fineko/abc.az. Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 2026-cı ildə Bakıda keçirilməsi haqqında saziş imzalanıb.
ABC.AZ xəbər verir ki, sazişi Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN – HABITAT) icraçı direktoru Maymuna Mohd Şərif imzalayıblar.