14:50 - 22.12.2023
22 dekabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 41 milyon 396 min dekalitr (dkl) alkoqolsuz içkilər istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına isitinadən xəbər verir ki, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 7 milyon 597,6 min dkl və ya 22,5% artıb.
Ötən ilin yanvar-noyabr aylarında 33 milyon 799 min dkl alkoqolsuz içki istehsal edilmişdi.
Dekabr ayının 1-nə hazır məhsul ehtiyatı isə 445,7 min dkl təşkil edib.
Hazır məhsul ehtiyatı 86,9 min dkl, yəni 24,2% artıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 358,8 min dkl olub.