12:06 - 22.12.2023
22 dekabr, Fineko/abc.az. Finlandiya Xarici İşlər Nazirliyi Ukraynanın 2025-2026-cı illər üçün 50 mln. avro məbləğində bərpa planını dərc edib.
ABC.AZ xəbər verir ki, qurumun press-relizinə əsasən, plan 2025-2026-cı illərdə 50 mln. avro dəyərində layihələrin həyata keçirilməsinə imkan verəcək yeni qarışıq kredit alətinin — Ukrayna investisiya fondunun yaradılmasını nəzərdə tutur.
Nazirliyin məlumatına görə, plan bazar araşdırması və investisiyalara yönəlmiş bəzi maliyyə qərarlarını nəzərdə tutur. Bundan əlavə, “Finnvera” ixrac və kredit agentliyi ixracı maliyyələşdirmək və mümkün kredit itkilərini ödəmək imkanı əldə edəcəkdir.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026