Şimal dəniz yolu ilə yük daşımaları bu il rekord həddə çatacaq

10:05 - 22.12.2023


22 dekabr, Fineko/abc.az. Şimal dəniz yolu ilə yük axını bu il rekord səviyyəyə - 36 milyon tona çatacaq, artıq 34,7 milyon ton daşınıb.

ABC.Azxəbər verir ki, keçən il bu göstərici 34 milyon ton təşkil etmişdi. Ötən və bu ilin hədəf göstəricisi 32 milyon tondur. Plan artıq yerinə yetirilib, lakin gələn il yük axını 80 milyon ton səviyyəsinə qalxmalıdır.