Azərbaycanda qida təhlükəsizliyinə əsaslanan qablar istehsal ediləcək

12:21 - 21.12.2023


21 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilir.

ABC.AZ-ın məlumatına görə, sözügedən Forum çərçivəsində "DO-DEM" MMC ilə "Multipak Ambalaj" şirkəti arasında müqavilə imzalanıb. İmzalanmış müqaviləyə əsasən, Azərbaycanda kağız əsaslı, təbiətə zərər verməyən və qida təhlükəsizliyinə əsaslanan qabların istehsalı ilə üzrə fabrik tikiləcək.

Bundan başqa, Azərbaycanın "Diplomat LTD" şirkəti ilə Türkiyənin "Doğru Holding"i arasında da bir sənəd imzalanıb. İmzalanmış bu sənədə əsasən, Azərbaycanda hotel tikiləcək.