Türk iş adamları azad olunmuş ərazilərdə KSES-ləri bərpa edəcək

11:51 - 21.12.2023


21 dekabr, Fineko/abc.az. 2021-2023-cü illər ərzində azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsinə dövlət büdcəsindən 7 mlrd. ABŞ dolları vəsait ayrılıb. Sevindirici haldır ki, Türk şirkətləri buradakı layihələrdə fəal iştirak edir”.

ABC.AZ xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

Nazir əlavə edib ki, ölkəmizdə investorlar üçün dövlət-özəl tərəfdaşlığı çərçivəsində dövlət şirkəti olaraq Azərbaycan İnvestisiya Şirkətinin tərəfdaş olduğu layihələrdə iştirak etmək imkanları yaradılıb: “Bu çərçivədə, Azərbaycan İnvestisiya Şirkəti qardaş ölkədən olan həmkarlarla danışıqlar aparır və işğaldan azad olunmuş ərazilərimizdə 5 Kiçik Su Elektrik Stansiyasının bərpası layihəsi bu il hazırlanıb”.