Azərbaycan əsilli iş adamları Türkiyədə 2800 şirkət yaradıb

11:38 - 21.12.2023


21 dekabr, Fineko/abc.az. İndiyə qədər Türkiyə əsilli iş adamları Azərbaycanda təxminən 5 700, Azərbaycan əsilli iş adamları isə Türkiyədə 2800 şirkət yaradıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat Bakıda keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.

"Ölkəmizdəki Azərbaycan şirkətləri emal, inşaat, təhsil, daşınmaz əmlak, səhiyyə, topdan və pərakəndə ticarət, logistika və mədənçilik kimi çox çeşidli sahələrdə fəaliyyət göstərir", - deyə o qeyd edib.

Bundan başqa, nazir deyib ki, 2021-ci ildə Azərbaycandan Türkiyəyə 470 618, 2022-ci ildə 683 834 turist gəlib: "2023-cü ilin 10 ayına isə bu rəqəm 717 265 olub".