11:06 - 21.12.2023
21 dekabr, Fineko/abc.az. Ölkəmizdə medianın texnologiya baxımdan təkamülü, bununla da iqtisadi cəhətdən uğurlu inkişafı üçün zəruri olan rəqəmsal inkişaf və transformasiya bir sıra mühüm şərtlərə bağlıdır.
Həmin şərtlər arasında audiovuzual sahədəki iqtisadi proseslərin başlıca hərəkətverici amili olan keyfiyyətli xəbər istehsalı, həmçinin əqli mülkiyyət hüququnun qorunması mühüm əhəmiyyət daşıyır.
Ölkədə televiziya tamaşaçıları arasında keçirilən son araşdırmalara əsasən, əhalinin 76 faizi peyk siqnalı vasitəsilə qəbul edilən kanallara baxır, 15 faizi kabel televiziyalarının, 4 faizi isə İPTV abunəçisidir, 3 faizi də yerüstü rəqəmsal yayımlara tamaşa edir.
Rəqəmli və Audiovizual Yayım Sənayesi İctimai Birliyinin proqnozlarına görə, təcili tədbirlər görülməsə, rəsmi yayımlanan telekanallardakı reklam bazarının həcmi 2022-ci ildəki 42 milyon manatdan 2024-2025-ci illərdə 30 milyon manatadək, yəni 28,6 faiz geriləyəcəkdir.