Azərbaycanın idxal etdiyi yük avtomobilləri 5 min dollardan çox ucuzlaşıb

14:35 - 20.12.2023


20 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında xaricdən Azərbaycana ümumilikdə 101 milyon 463 min dollar dəyərində 6 min 454 ədəd yük avtomobilləri gətirilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan yük avtomobillərin sayı 41,9% və ya 1 908 ədəd, dəyəri isə baxımından 6,3% və ya 6 milyon 7 min dollar artıb.

2022-ci ilin müvafiq dövründə Azərbaycana 95 milyon 456 min dollar dəyərində 4 min 556 ədəd yük avtomobilləri idxal edilib.

Bu dövrdə 1 ədəd yük avtomobillərin idxal qiyməti 15 min 697 dollar, ötən ilin eyni dövründə isə 20 min 952 dollar olub. İdxal qiyməti son bir il ərzində 5 255 dollar, yəni 25,1% azalıb.