Türkiyənin Azərbaycandakı şirkəti cərimələndi - Səbəb

16:32 - 19.12.2023


19 dekabr, Fineko/abc.az. Türkiyənin Azərbaycanda fəaliyyətdə olan “Doğtaş” şirkəti miqrasiya məsələsinə görə cərimələnib.

ABC.AZ xəbər verir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Dövlət Miqrasiya Xidmətinin protokolu əsasında “Doğtaş” MMC-yə inzibati tənbeh tətbiqini təsdiqləyib. İşə Vüsal Qurbanovun hakimlik edib.

Şirkət İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə protokol tərtib edilib.

Bu maddəyə görə, işəgötürən tərəfindən Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə tətbiq edilir. Şirkətlər buna görə 15 min manatdan 20 min manatadək məbləğdə cərimə edilir.