Rusiya Çin avtomobillərinin əsas idxalçısına çevrilib

14:48 - 19.12.2023


19 dekabr, Fineko/abc.az. Rusiya və Çin arasındakı iqtisadi münasibətlər hər il daha da genişlınir. Bunun bariz nümunəsi Rusiyanın Çin avtomobillərinin əsas idxalçısına çevrilməsidir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu Çinin Rusiyadakı səfiri Çjan Hanhui yerli KİV-ə müsahibəsində deyib. O bildirib ki, son illərdə Çin-Rusiya praktiki əməkdaşlığı həm kəmiyyət, həm də keyfiyyətcə inkişaf edir və nəzərəçarpacaq uğur nümayiş etdirir. Çin 13 il ardıcıl olaraq Rusiyanın ən böyük ticarət tərəfdaşı olaraq qalır.

Hanhui qeyd edib ki, ikitərəfli əməkdaşlığın əhatə dairəsi daim genişlənir və Çin şirkətlərinin Rusiya ilə əməkdaşlığa marağı artır.

Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan Qərb, Yaponiya və Koreya avtomobil sənayesi Rusiya bazarını tərk edib.