Zəngilanda yaşayış evlərinin tikintisi üçün tender keçirilir

14:30 - 18.12.2023


18 dekabr, Fineko/abc.az.  “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı, 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisi üçün tender keçirir.

Tenderdə iştirak haqqı 1500 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini  01.02.2024 16:00 qədər təqdim edə bilərlər.
Əlaqələndirici şəxs Zaur İbrahimov,   [email protected]