Hindistanda məşhur “Sonet” krossoveri yeniləndi

11:31 - 18.12.2023


18 dekabr, Fineko/abc.az. Kia “Sonet” krossoverini yeniləyib. Krossoverin satışına Hindistanda 20 dekabr 2023-cü il tarixində start veriləcək.

ABC.AZ xəbər verir ki, yenilənmə ilə Kia Sonet-ə müasir görünüş verildi, zolaqda saxlama da daxil olmaqla sürücü köməkçiləri ilə komplektasiyanı genişlənir, avtomatik təcili əyləc və uzaq işığı avtomatik dəyişmək imkanı verilir.

Xarici görünüşə gəlincə isə, yeniləmədən sonra krossoverdə yeni plastik dizayn (bamperlər, spoyler, beşinci qapı örtüyü) və optikanı qeyd etmək olar. Banın poladdan olan detalları isə dəyişməz olaraq qalır.