10:19 - 18.12.2023
18 dekabr, Fineko/abc.az. AMD çip istehsalçısı və Google-un ana şirkəti olan Alphabet, süni intellekt texnologiyaları ətrafında daha bir ajiotaja səbəb oldu.
ABC.AZ xəbər verir ki, AMD, keçən həftə Nvıdıa mikroprosessorları ilə rəqabət edən Instinct MI300X çipini, Alphabet isə OpenAI-dan GPT-4-ün rəqibi Gemini süni intellekt modelini təqdim etmişdi. Bu xəbərlər fonunda AMD – nin səhmləri cümə günü 10%, Alphabet-in səhmləri isə 5% artdı. Bazar ertəsi axşam çip istehsalçısının qiymətli kağızları daha 4,3% artaraq 134,4 dollara, Google ana şirkətinin səhmləri isə 1,9% azalaraq 132,5 dollara enib. AMD səhmləri ilin əvvəlindən etibarən 107%, Alphabet səhmləri isə 50% artmişdı.
Analitiklərin fikrincə, yeni məhsulların uğurlu təqdimatı hər iki şirkətin səhmlərinə müsbət təsir göstərəcək.
8 Avqust 2026
8 Avqust 2026